TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb.
"Qafqazinfo" ANS PRESS-ə istinadən xəbər verir ki, aparıcı həyatının ən çətin yayımı olduğunu deyib. Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.
"3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Təhqir edirdilər bizi. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm", deyə aparıcı bildirib.
Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyə dövlət çevirilişi olduğunu demişdi.