“Quşbaz” tutuldu - Video

qusbaz-tutuldu
Oxunma sayı: 3053

Şəmkirdə “Quşbaz” ləqəbli narkotik alverçisi saxlanılıb.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, əsas peşəsi bənnaçı olan 57 yaşlı Səyyad Hüseynovun ev quşları ilə yanaşı narkotik tərkibli bitkilərin əkib-becərməyə də maraq göstərib.

“Quşbaz” ləqəbli Çinarlı qəsəbə sakini əldə etdiyi məhsulu evinin çardağında qurudurmuş. Lakin Şəmkir polisi onun bu marağının davamlı olmasına imkan verməyib. Səyyad Hüseynovun evinə keçirilən baxış zamanı həyətyanı sahədən hündürlüyü 170 santimetrə çatan çətənə kolları və qurudulmuş halda olan marixuana aşkarlanıb.

Qeyd edək ki, 3 uşaq atası olan Səyyad Hüseynovun bu sayca ikinci cinayətidir. Onun ilk məhkumluğu da eyni əməlinə görə olub.