Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Hakim bildirib ki, İ.Qasımovun səhhətində problem olduğu üçün məhkəməyə gətirilməyib. Buna görə də fasilə elan olunub.
Məhkəmə prosesi sabah saat 16-da davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər