Rus futbolçunun sevgilisinin lüks həyatı - AÇ-2016-da+Fotolar

rus-futbolcunun-sevgilisinin-luks-heyati
Oxunma sayı: 10177

Rusiyanın “Krasnodar” klubunun müdafiəçisi Fyodor Smolov sevgilisi, “İnstagram” sosial şəbəkəsinin 24 yaşlı ulduzu Miranda Şeliya ilə gündəmə gəlib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı futbolçu iyunun 11-də Marseldə Avropa Çempionatında Rusiya ilə İngiltərə yığması arasında baş tutacaq oyun üçün məşqlərdə olduğu müddətdə rusiyalı model, İrina Şeykə bənzərliyi ilə diqqət cəlb edən sevgilisi Parisin ən bahalı otellərindən biri olan “Four Seasons George V”də istirahət edib.

Smolov ölkənin şərəfini futbol aləmində qoruyarkən Miranda Moskvadan Fransaya gəlmiş rəfiqəsi ilə əylənib.

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, Şeliya Luvr və Eyfel qülləsində vaxt keçirib.

Səhər yeməyi, nahar və şam yeməyinə görə o, Parisin ən elit məkanlarına yollanıb.

M. Şeliya Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ən sevimli restoranı olan “Le Fouquet”də, eləcə də “L'Avenue” və “Cafe de Flor”da çəkilmiş “selfie”lərini də paylaşmağı unutmayıb. Hansı ki, bu restoranlarda ən ucuz yeməyin qiyməti 6 min rubldan başlayır.

Qeyd edək ki, Fyodor Smolov Viktoriya Lopıryevadan boşandıqdan 6 ay sonra Miranda Şeliya ilə münasibətə başlayıb.