Rusiya beş uşağı Ukraynaya qaytarıb

rusiya-bes-usagi-ukraynaya-qaytarib
Oxunma sayı: 244

“Müxtəlif səbəblərdən Rusiyada yaşayan 5 uşaq Ukraynadakı ailələrinin yanına qaytarılıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya prezidentinin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belova teleqramda məlumat verib.

Onun sözlərinə görə, həmin uşaqlar 4-15 yaş arasında olan dörd oğlan və bir qız olub. 

“Bizim dəstəyimizlə 22 ailədən 30 uşaq Rusiyadakı qohumlarına, 108 ailədən 134 uşaq isə Ukrayna və üçüncü ölkələrdəki qohumlarına qovuşdu”, - Lvova-Belova əlavə edib.