Sabiq deputat Bakıda avtoritetlərlə görüşüb

sabiq-deputat-bakida-avtoritetlerle-gorusub
Oxunma sayı: 3252


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, “Ded Xasan”ın tərəfdarlarından olan avtoritet Temur Mirzoyevin rəhbərlik etdiyi kriminal dəstə etiraf edib ki, onlara dəfələrlə Yekaterinburqdakı mer seçkilərində namizədliyini irəli sürən, eks-deputat Yevqeni Royzmanı dəstəkləməklə bağlı “siqnal”lar daxil olub. 

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bölgə üzrə rəisi bildirib ki, burada hər hansı maddi dəstəkdən söhbət getməyib:

“Biz ilk növbədə etnik kriminal dəstə ilə mümkün əlaqələri araşdırdıq. Xüsusən də Royzmanın Mirzoyevlə görüşü ilə maraqlandıq. Sorğu zamanı biz anladıq ki, bu haqda birbaşa olaraq heç kim danışmayacaq. Lakin təsdiqlədilər ki, seçkilərdə Royzmana dəstəklə bağlı siqnallar alıblar”.

Bəzi faktlara görə, razılıq artıq bir neçə ay bundan əvvəl, Royzmanın Bakıya səfəri zamanı alınıb. Burada onu bir vaxtlar “ura.ru” agentliyinin rəhbəri olmuş, hazırda isə pul mənimsəmə, fırıldaqçılıqda ittiham olunaraq həbs olunan Oksana Panova müşayiət edib. 

“Biz hələ deyə bilmərik, bu faktlar nə qədər həqiqətəuyğundur. Lakin saxlanılanlardan biri bildirib ki, onda olan məlumata görə, Bakıda Royzman yerli kriminal aləmin liderləri ilə görüşüb. Məqsəd isə Yekaterinburq diasporu tərəfindən dəstək almaqla bağlı razılıq əldə etmək olub”. 

Qeyd edək ki, Royzmanın kriminal aləmlə, xüsusən də Temur Mirzoyevlə yaxınlığı daha əvvəl də teleproqramlardan birində açıqlanmışdı. Lakin Royzman bütün bu iddiaları rədd etmişdi.