“Şəklimi kim çəksə, məhkəməyə verəcəm...”

seklimi-kim-cekse-mehkemeye-verecem
Oxunma sayı: 9891

Xəbər verdiyimiz kimi, bu gün Bakı Apellyasiya Məhkəməsi sabiq millət vəkili Gülər Əhmədovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı qərar qəbul edib.

"Qafqazinfo"nun məlumatına görə, eks-millər vəkili qərardan tam razı olmasa da, şikayəti qismən təmin edilib. Onun cərrahiyyə əməliyyatı üçün 3 ay müddətinə ölkədən çıxışına icazə verilib.

Qeyd edək ki, Gülər Əhmədova jurnalistlərə məhkəmədən sonra şəkil qadağası qoyub. O, fotosunu yayımlayan jurnalistlə bağlı şikayət edəcəyini qeyd edib.

Qafqazinfo”nun əməkdaşı isə sabiq deputatın bir neçə fotosunu çəkə bilib.

Fotolar: Nuran Məmmədov