“Sənətçi olmağını istəmirdi...” - Dəryanın eks-xanımı

senetci-olmagini-istemirdi
Oxunma sayı: 5421

“Cahangirlə Dadonun dueti artıq təqdim olundu. Uğurlu alındığına inanıram. Təklif qarşı tərəfdən gəldi, duet reallaşdı”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında mərhum reper Hüseyn Dəryanın xanımı Sona İbadova deyib.

O, oğlu Cahangirin yeni layihəsindən danışıb:

“Yutubda baxış sayı həddindən artıq çoxdur. Deməli, mahnı çox bəyənilib. Bu mahnıya klipdə çəkdirmək niyyətindəyik. Oğlumu dəstəkləyirəm, amma ən vacibi isə onun dərsləridir. İstəyirəm ki, vaxtını təhsilinə ayırsın. Efirlərə, çəkilişlərə oğlumun çıxmağına icazə vermirəm”.

“Dərya oğlununun sənətçi olmağını istəmirdi. O, həmişə istəyirdi ki, Cahangir ingilis dilini yaxşı öyrənsin, xarici ölkədə təhsilini davam etdirsin”,- deyə S.İbadova açıqlamasında bildirib.