“Space”dəki aparıcı işdən çıxarıldı - Video

spacedeki-aparici-isden-cixarildi
Oxunma sayı: 9057

“Space” kanalında hava proqnozunu təqdim edən qaradərili xanım işdən uzaqlaşdırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə AzNews.az-a “Space” telekanalından məlumat verilib. Bildirilib ki, Tendai Shereni artıq televiziyada çalışmır.

Qeyd edək ki, “Azərbaycan” qəzeti “Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib. “Afrikadan gəlmiş “Azərbaycan gözəli”” adlı məqalədə kanal bu seçiminə görə tənqid olunub.