“Space”dən İlham Mirzəyevin həbsinə - - Reaksiya

spaceden-ilham-mirzeyevin-hebsine-
Oxunma sayı: 9048


Artıq məsələyə İ. Mirzəyevin çalışdığı Space televiziyasından münasibət gəlib. 

Televiziyanın icraçı direktoru Kamil Şahverdiyev “Qafqazinfo” ya açıqlamasında bildirib ki, İlham Mirzəyevin həbsi ilə bağlı hələlik rəsmi məlumatları yoxdur: 

”Saytlardan oxuduğumuz xəbərlərlə kifayətlənirik. Aparıcının  həbsinin Spacedeki fəaliyyəti ilə bağlı əlaqəsi ola bilməz. Onun məhkəmə prosesi gedirdi. Ancaq bu həbs həmin məhkəmə ilə bağlı deyil. Tamam ayrı məsələdir. Rəsmi orqanların aparıcının hər hansı  cinayətdə iştirakı ilə bağlı açıqlaması olarsa,  televiziya rəhbərliyi onun  verilişinin taleyi ilə bağlı qərar verəcək”.

Qeyd edək ki, İ.Mirzəyev həftədə bir dəfə efirə gedən “Etiraf" verilişinin aparıcısı idi. Onun adı uzun müddət idi ki, müxtəlif dələduzluq hadisələrində hallanırdı.