“Sülhməramlıları tənqid etmək heç nəyə töhfə vermir”

sulhmeramlilari-tenqid-etmek-hec-neye-tohfe-vermir
Oxunma sayı: 3017

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bir sıra erməni siyasətçilərin rusiyalı sülhməramlılar barədə səsləndirdikləri fikirləri destruktiv adlandırıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Zaxarova bu barədə bu gün keçirilən brifinqdə danışıb. 

Bildirilir ki, erməni siyasətçilər Rusiya sülhməramlı kontingentinin Qarabağda öz öhdəliklərini yerinə yetirə bilmədiyi barədə dəfələrlə fikirlər səsləndirib.

O, sözügedən açıqlamaları faktları manipulyasiya etmək cəhdlərinə bənzədiyini bildirib: “Biz bu açıqlamaları görürük, onları destruktiv və ən əsası həqiqətə uyğun olmayan hesab edirik. Qəribədir ki, bu cür fikirlər davam edir, bizim Ermənistan XİN-dən olan həmkarlarımızla sıx dialoqumuz var”. 

Onun sözlərinə görə, Rusiya bu açıqlamalarla bağlı öz mövqeyini dəfələrlə bəyan edib və bildirib ki, bunlar yalnız ikitərəfli münasibətlərdə yeni problemlər yaradır, heç nəyə - nə ikitərəfli əlaqələrə, nə də regional problemlərin həllinə töhfə verir.