Toy günü kanalda boğulan gəlininin - İlk evliliyi də faciəli bitib...

toy-gunu-kanalda-bogulan-gelininin
Oxunma sayı: 9657

Ötən həftə Moskva əyalətində toy günü su kanalında boğulan gəlinlə bağlı yeni məlumatlar əldə edilib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, məlum olub ki, bu, 32 yaşlı qadının ikinci evliliyi olub. İlk həyat yoldaşı 2013-cü ildə, toydan 1 il sonra ürəyində yaranan problemlərə görə dünyasını dəyişib.

Ötən həftə baş tutan mərasimdə isə qonaqların spirtli içki qəbul etdikdən sonra kanalda üzmək qərarına gəldikləri məlum olub. Yelenanın sahilə çıxmadığını gördükdə isə onu öz təşəbbüsləri ilə axtarmağa başlayıblar. Fövqəladə Hallara isə yardım üçün bir gün sonra məlumat veriblər.

Yaxınlarının sözlərinə görə, Yelenanın səhhəti və üzməsi ilə bağlı problemi olmayıb.