Tuba Büyüküstün onunla sevgilidir

tuba-buyukustun-onunla-sevgilidir
Oxunma sayı: 3168

Türkiyənin serial və kino ulduzu Tuba Büyüküstün konsaltinq agentliyinin sahibi Erdinç Çatakla sevgilidir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb. Qeyd olunub ki, üç aydır instaqramda bir-birini izləyən cütlük münasibətini hələ ki, gizli saxlamaq niyyətindədir. Həmçinin, onlar keçən ay Bodrumda birlikdə istirahət ediblər.

Qeyd edək ki, Tuba ötən ilin mayında üç illik sevgilisi Umut Evirgenlə ayrıldığını açıqlamışdı.