Ukraynaya Rusiyanın dondurulmuş aktivlərindən daha 1 milyard ayrıldı

ukraynaya-rusiyanin-dondurulmus-aktivlerinden-daha-1-milyard-ayrildi
Oxunma sayı: 1061

Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən Ukraynaya daha bir makro-maliyyə yardımı göndərib.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Yuliya Sviridenko açıqlayıb.

“ERA Loans” proqramı çərçivəsində ayrılan yardım 1 milyard avro həcmindədir və Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri hesabına maliyyələşdirilib.