Yeni baş nazir ilk iclasında jurnalistləri təəccübləndirdi - Video

yeni-bas-nazir-ilk-iclasinda-jurnalistleri-teeccublendirdi
Oxunma sayı: 4854

Türkiyənin Ədalət və İnkişaf partiyasının dünən keçirilən fövqəladə qurultayında sədr və baş nazir vəzifələrinə seçilən Binəl Yıldırım bu gün ilk iclasına qatılıb.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeni baş nazirin partiyanın qərargahına protokol qaydalarına əsasən nəzərdə tutulmuş qapıdan deyil, ümumi qapıdan daxil olması və istifadə etdiyi çətirin üzərində nazirliyə məxsus loqonun olması diqqət çəkib.

“Bu qapıdan daxil olmağınız kiməsə mesajdırmı?” sualına cavab olaraq Yıldırım “Nə kimi? Sizi görmək üçün buradan gəldim”,- cavabını verib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu baş nazir kimi fəaliyyət göstərdikləri dönəmdə qərargaha həmişə protokol qapısından daxil olub.