“Qafqazinfo” xəbər verir ki, “virtualaz.orq” saytı bu dəfə instagramda Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundovun oğlu Murad Axundovun paylaşdığı fotoları yayımlayıb. General-polkovnikin yeganə oğlu 30 yaşlı Murad Axundovun Ədliyyə Nazirliyində çalışdığı bildirilir.
Materialda qeyd olunur ki, “ziyafətlər kralı” kimi tanınan Murad Axundovun öz ətrafı ilə Lacivərd sahillərdə, Marbelyuda, Dubayda əylənməsi, klubda “Crystal” şampanına bir neçə min dollar ödəməsi onun üçün adi haldır:
“Ötən ilin yayında Kanndakı “Gotha” klubunda, müştərinin sifariş etdiyi sözlərin bir neçə min avronun əvəzində monitorlarda bütün kluba yayıldığı yerdə Murad və onun sadiq dostları “Azərbaycan” sözünü sifariş veriblər. Və budur, striptizçilərin rəqsləri altında və Fransadakı erməni lobbisinin pəncərəsinin qarşısında, Lacivərd sahillərin ən bahalı klubunda bizim 20 faizi Ermənistan tərəfindən işğal olunmuş vətənimizin adı səslənir”.
Son xəbərlər
Son Xəbərlər