Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib. O deyib: "Azərbaycan hakimiyyəti və xalqı hər zaman İranın Ali dini liderinin hörmətini saxlayıb. Ayətullah Seyid Əli Xamneyi müsəlman aləmində çox tanınan nüfuzlu şəxs olduğu üçün Azərbaycanda ona böyük hörmət bəslənilir. O milliyətcə azərbaycanlıdır və biz hər zaman bununla fəxr edirik. Ulu öndər Heydər Əliyev də dəfələrlə İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ilə görüşüb və hər görüşdə Azərbaycan-İran dostluq münasibətlərindən söhbət açılıb”.
Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyi mayın 11-də gənclərin Bakıda keçirdiyi aksiyada Ali Dini lider Ayətulla Xamneyinin təhqir olunduğunu bəyan edib. /SalamNews/
Son xəbərlər
Son Xəbərlər