Aygün Kazımova 4 ildən sonra... - Fotolar

aygun-kazimova-4-ilden-sonra
Oxunma sayı: 5699

Xalq artisti Aygün Kazımova yeni albomunu təqdim edib. “Qafqazinfo” xəbər verir ki, musiqi layihəsi “Duy” adlanır və 7 mahnıdan ibarətdir.  

Alboma “İntro”, “Ona söylə”, “Toy boy”, “Əlbəttə”, “Cücələrim”, “Duy” (DJ Vendetta) və “SUS” daxildir.  Yeni mahnılarla yanaşı “Cücələrim” və “Sus” kayihələri də gürcülər tərəfindən hazırlandığı üçün alboma daxil edilib.  Mahnılarda milli və müasir musiqinin sintezi hiss olunur. Həmçinin tar, kaman, zurna, ud kimi musiqi alətlərinin səsinə rast gəlmək olar.

Kazımovanın bu işi internet-mağazası olan “ITunes Store”da yerləşdirilib.

Gürcüstanda işıq üzü görən layihənin “cover” fotosu üçün Kazımovaya maraqlı bir obraz yaradılıb. 

O, uzunqollu əlçək, böyük şlyapa və dərin sinə dekolteli qara paltarda kamera qarşısına keçib. 

Qeyd edək ki, müğənni sonuncu dəfə 2014-cü ilin aprelində "Doğan Music Company" ilə əməkdaşlıq edərək "Coffee from Colombia" adlı albomunu təqdim etmişdi.