Babək prospekti təmir olunur

babek-prospekti-temir-olunur
Oxunma sayı: 5304

Babək prospektində yenidənqurma işlərinə start verilib. Bu barədə “Qafqazinfo”ya “Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat  verib.

O qeyd edib ki, ümumilikdə prospektin uzunluğu 9 km, eni 30 metrdir: “Prospekt 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolaqlıdır. Təmirin nə vaxt başa çatacağını demək çətindir. Çünki açıq hava altında işlənilir.

Bir də bütün yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara müraciət olunub. Əgər dəyişdiriləsi, yenisinin çəkilməsi zərurəti varsa aidiyyəti qurumlar bu işləri həyata keçirəcək.

Daha sonra “Azəravtoyol”  tərəfindən prospekt yenidən qurulacaq. Hazıra köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Yol ayrıcı bərpa olunacaq, yeni səki daşları düzüləcək.

Mövcud piyada səkiləri bərpa olunaraq zəruri olan yerlərdə yeniləri tikiləcək və kənarlarına yeni səki daşları düzüləcək.
Yağış-kanalizasiya sistemi də bərpa olunaraq tam işlək vəziyyətə gətiriləcək”.

Qeyd edək ki, bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

 Günel Türksoy