“Ləzgi xəncəri ilə onun başını kəsəcəm”

“Ləzgi xəncəri ilə onun başını kəsəcəm”
Oxunma sayı: 4487

Topaz Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ın “Neftçi”ni 2:0 hesabıyla məğlub etdiyi matçı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də stadiondan izləyib.

“Qafqazinfo” xəbər verir ki, qurum rəhbəri oyundan sonra jurnalistlərə müsahibə verib.

- “Sumqayıt” və “Neftçi”də prezident dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?

- Nə fikir bildirim? Dəyişdirilməli idi də. Əgər belə məsləhət biliblərsə, deməli, olmalı idi.

- 2 klubun prezidentin istefası və Kamran Quliyevin “Neftçi”nin patronu təyin edilməsi gözlənilməz olmadı?

- Sual mənə niyə verirsiniz? Elə bu barədə klub başqanlarından və “Neftçi”nin rəhbəri təyin olunan şəxsdən soruşun. Məsləhət görülübsə, olmalı idi. “Sumqayıt” gözəl komandadır. Fikir verin, əla oyun nümayiş etdirirlər. Yəqin ki, həmin insana inam var ki, xalqın komandasını ona tapşırdılar.

- Oyundan 1 gün əvvəl belə dəyişiklik gözlənilməz olmadı?

- Nə fərqi var? 1 gün tez, ya da 1 gün gec olmalı idi.

- Açıqlama vermisiz ki, 2Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam...”

- Bu üsul bir ləzgi xəncəridi, kəsəcəm başını. Nə cəza verəsiyəm ee, küsürəm, bu da bəs edir ona. Dostun dostdan inciməyi necə olur? Xətrini istədiyim insandır. Söhbəti şişirdirsiniz...

- Kamran Quliyev deyib ki, Ramin Musayev bu açıqlamasıyla “Neftçi”yə təzyiq göstərir...

- Təzyiq? Siz ədəbiyyatı yaxşı oxumusuz? Oxumusuzsa, açıqlamaya diqqətlə fikir verin və orda təzyiq etməklə bağlı nəyəsə rast gələcəksiniz?

- Klub prezidenti bu cür qəbul edir...

- Kim necə qəbul edirsə, etsin. Mən təzyiq doğuran cümlə işlətmişəm? Boş verin.

- Kubokun finalıyla bağlı yekun qərar verildi...

- Bəli, 28 may tarixində baş tutacaq. İnşallah, hamınızı dəvət edəcəyik. Birgə finala baxacağıq. Çox güman həlledici matç Qəbələdə keçiriləcək.

- Hazırda xəstəxanada olan Böyükağa Hacıyevi ziyarət etmisizmi?

- Mən yatanda o gəlməyib, mən də getmirəm. Məndə 5 stent var, onda 3 dənədir. Gəlsəydi, gedərdim. Həyatda hər şey qarşılıqlıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi