Şou-biznesin güclü və zəifləri... - Kimlər qışqırır? - Siyahı

sou-biznesin-guclu-ve-zeifleri
Oxunma sayı: 7290

Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də müğənnilərin səslərinin neçə oktava olmasıdır.

“Qafqazinfo”nun məlumatına görə, yerli ifaçıların səsi 2, bəzi hallarda isə 3 oktava olur. 2-3 oktavadan aşağı olan səslər zəif, xırıltılı, çox olan səslər isə zil və bir növ qışqırığı xatırladır.

Ancaq Azərbaycada 3 oktava səsə sahib estrada müğənnilərinə rast gəlmək qeyri-mümkündür.

Yerli məşhurların əksəriyyəti 1 oktava səs gücünə malikdir.

Dünya ulduzları sırasında isə ən yüksək oktavalı səs Adam LopezCorcia Brauna aid olub ( 6 oktava). Elə hər iki müğənni “Ginnesin rekordlar kitabı”na düşüb.

Oktava nədir?

Bir notun 7 not incələrək alındığı nota qədərki bölümə bir oktava deyilir. Məsələn, qalın “Do”dan incə “Do”ya qədərki 8 notluq səslər bir oktavadır. Səslər isə oktava seksta və oktava tersiya olur. Oktava 13 notdursa, tersiya 4-5, seksta isə 9-10 not olur.

Yerli müğənnilərin əksəriyyəti isə səslərinin neçə oktava olması barədə məlumatsızdır. Hətta, şou-biznes nümayəndələri sırasında səs gücünün 7-8 oktava olduğunu söylənlərlə də rastlaşmışıq.

Bəs Azərbaycan ulduzlarının neçə oktava səsi var?

“Qafqazinfo” mövzü ilə bağlı bəstəkar Nailə Mirməmmədli ilə əlaqə saxlayıb.

Bəstəkar ona təqdim etdiyimiz siyahı üzrə ən çox və ən az səs imkanlarına sahib müğənnilərin adlarını sıralayıb.

1. Flora Kərimova ( həm estrada, həm də vokal) – 2 oktava və artıq...

2. Brilliant Dadaşova - 2 oktava

3. Teymur Əmrah – 2 oktava

4. Abbas Bağırov – 2 oktavaya yaxın.

5. Zülfiyyə Xanbabayeva - 1 oktava tersiya

6. Faiq Ağayev – 1 oktava seksta

7. Röya Ayxan - 1 oktava seksta

8. Aygün Kazımova - 1 oktava seksta

9. Zamiq Hüseynov -1 oktava tersiya

10. Natavan Həbibi – 1 oktava seksta

11. Xatirə İslam – 1 oktava seksta

12. Samir Bağırov – 1 oktava tersiya

13. Tünzalə Ağayeva – 1 oktava tersiya

 Elvin Elxan