Suriya Qarapapaq Türkləri Milli İttifaqı yaradıldı

suriya-qarapapaq-turkleri-milli-ittifaqi-yaradildi
Oxunma sayı: 982

“Qafqazinfo”nun məlumaına görə, Suriya Qarapapaq Türkləri Məclisində Suriyadakı mövcud siyasi vəziyyət, Bəşər Əsəd rejiminin xalga qarşı apardığı represiya siyasəti müzakirə edilib. Qeyd edilib ki Suriyada yaşayan Qarapapaq türkləri siyasi cəhətdən aktiv deyillər və ayrı-ayrı qəbilələrə, qruplara bölünüblər. Siyasi və mədəni hüquqlardan mərhumdurlar.

Məclis Suriya Qarapapaq Türkləri Milli İttifaqının (SQTMİ) yaradılması barədə qərar qəbul edib. İttifaqın Nizamnaməsi təsdiq olunub və 5 nəfər tərkibdə ali qərarverici və icraedici orqan: Ali Şura seçilib.

Məclisdə Gürcüstan Türkləri Konfederasuyasının prezidenti Daşqın Gülməmmədovun Suriya Qarapapaq türklərinə müraciəti oxunub. Müraciətində Daşqın Gülmmədov bildirib ki, “Bu gün Suriya yaşayan Qarapapaq türkləri digər ölkələrdəki kimi pərakəndə və dağınıqdırlar.
Artıq birləşməyin zamanı yetişib. Bu gün Suriya qarapapaq türklərinin həyatında mühüm tarixi addımdır. Siz birləşirsiz və yaxın zamanlarda Suriyanın siyasi həyatına müdaxilə etmək imkanı qazanacaqsınız. Sultan Beybarsın zamanında Borçalıdan Suriya və Misrə kəçən qarapapaq
türkləri bilməldirlər ki ulu əcdadlarının qüruru, əyilməzliyi və rəşadəti onlarla yaşayır. Suriyada yaşayan qarapapaq türkləri cox fəal surətdə, Bəşər Əsədin totalitar, qanlı rejiminin hakimiyyətdən kənarlaşdırılmasında iştirak etməlidirlər.”

İstanbuldan Məclisə telefonla qoşulan Qarapapaq türklərinin Baş Şadı Öndər Aksu Məclis nümayəndələrini Suriya Qarapapaq Türklərinin Milli İttifaqının təsis edilməsi münasibətiylə təbrik edib və xeyir dua verib. Öndər Aksu qeyd edib ki, dünyada yaşayan 20 milyonluq
qarapapaq türkləri yaşadıqları ölkələrdə birləşməyə, milli təşkilatlarını yaratmağa qərar veriblər. Suriyada bu günkü agir ictimai-siyasi vəziyyətdə qarapapaq türklərinin milli təşkilat
yaratması bir qəhrəmanlıqdır və tarixi hadisədir. Bundan sonra Suriyada yaşayan qarapapaq türkləri vahid milli mövqe göstərməlidirlər.

Suriya Qarapapaq Türkləri Məclisi, Gürcüstan Türkləri Konfedrasiyasının 30 noyabr 2011-ci il tarixdə təsdiq etdiyi “Yaşıl-qırmızı-ay-ulduzlu” bayrağı Qarapapq türklərinin milli bayrağı
kimi tanımaq barədə qəara qəbul edib.