Tahir Pənahovun 80 illik yubileyi qeyd olundu

Tahir Pənahovun 80 illik yubileyi qeyd olundu
Oxunma sayı: 1625

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasının müdiri, fizika- riyaziyyat elmləri doktoru, professor Tahir Pənahovun 80 illik yubileyinə həsr olunmuş V Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Qafqazinfo” xəbər verir ki, universitetin rektoru Gülçöhrə Məmmədova alimin həyat yoluna nəzər salaraq onun elmi fəaliyyəti barədə geniş məlumat verib. T.Pənahovu metal və ərintilər sahəsində yeni istiqamət yaratmış qabaqcıl alim kimi qiymətləndirən rektor eyni zamanda onun gözəl mütəxəssis, tələbə və alimlər yetişdirən əsl ziyalı olduğunu vurğulayıb. G.Məmmədova professorun təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da tanındığını qeyd edib.

Daha sonra qonaqlar – BDU-nun rektoru akademik A.Məhərrəmov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitututundan akademik T.Əliyev, ADNSU-nun rektoru M.Babanlı, AzTU-nun rektor əvəzi Xalid Yahudov, Moskva Dövlət Universitetinin Bakı filialından professor T.Salamzadə və başqaları yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıblar.

Qazaxıstanın Qorqud Ata adına Qızıl Orda Dövlət Universitetindən gələn qonaq, professor A.Seyidmuradov professora milli geyim və papaq hədiyyə edib.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi