4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşdü

4-yasli-usaq-murebbe-bisirilen-qazana-dusdu
Oxunma sayı: 5315

Şəkidə 4 yaşlı uşaq mürəbbə bişirilən qazana düşərək yanıb.

“Qafqazinfo”nun məlumatına görə,  rayonun Köndələn kənd sakini, 2018-ci il təvəllüdlü Əlizadə Ömər Səxavət oğlu yaşadığı ünvanda mürəbbə bişirilən qaynar qazana yıxılaraq yanıq xəsarətləri alıb.

Yaxınları onu Şəki rayon Mərkəzi xəstəxanasına aparıblar. Azyaşlının  vəziyyəti  nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsinə qərar verilib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov