72 yaşında ana oldu - Foto

72-yasinda-ana-oldu
Oxunma sayı: 5946

Hindistan sakini Dalcinder Kaur 72 yaşında ana olub.

Qafqazinfo”nun məlumatına görə, Kaurun həyat yoldaşının 79 yaşı var. O, ailə qurduqdan 46 il sonra süni mayalanma yolu ilə hamilə qalıb. Bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, 72 yaşlı qadın Hisar şəhərində tibbi mərkəzlərdən birində körpəsini dünyaya gətirib.