Abşeronda azyaşlı faciəli şəkildə öldü

abseronda-azyasli-facieli-sekilde-oldu
Oxunma sayı: 3676

Abşeron rayonunda faciəvi hadisə baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.

Belə ki, azyaşlı uşaq binanın 8-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.