“Allah nə vaxt istəsə, onda səni mükafatlandırır”

allah-ne-vaxt-istese-onda-seni-mukafatlandirir
Oxunma sayı: 2171

“Belə vacib oyunda komandama kömək edə bildiyim üçün çox sevincliyəm. Amma istəmirəm ki, başqa şeylər düşünüm”.

“Qafqazinfo” Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanda “Ferentsvaroş”a qalib gəldikləri görüş (3:1) haqqında danışarkən deyib.

Oyunda sonuncu qolun müəllifi olan futbolçu Bakıya qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O bildirib ki, qol vurmaq üçün həmişə çalışır: “İndiyə qədər də çox çalışmışam, sadəcə səbrli olmaq lazım idi. Bundan sonra da daha yaxşısını etməyə çalışacam. Allah nə vaxt istəsə, onda səni mükafatlandırır. Mənim üzərimə düşən sadəcə işləməkdir”.