Azərbaycanda amnistiya olacaq - Birinci xanımın təşəbbüsü ilə

azerbaycanda-amnistiya-olacaq
Oxunma sayı: 6766

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

"Qafqazinfo" AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Amnistiya aktı təşəbbüsü 28 May Müstəqillik günü ilə bağlıdır. Z. Əsgərov qeyd edib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.