“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı “Azercell”in rəhbəri Ali Ağan və Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov birgə mətbuat konfransı keçiriblər. A. Ağan bildirib ki, onlar uzun müddətdən bəri planlaşdırdıqları bu texnologiyanı tətbiq edə bildilər. Şirkət rəhbəri 3G-nin tətbiqi ilə əlaqədar olaraq “Azercell”də internet tariflərinin 60 faiz endirildiyini, internetin sürətinin artırıldığını vürğülayıb: “Azercell”də videozənglərlə səsli zənglərin qiyməti eyni olacaq. Bütün ölkə ərazisində 3G-dən istifadə etmək mümkündür”.
İ. Məmmədov isə bildirib ki, yaxın günlərdə “Bakcell” də 3G-nin tətbiqinə başlayacaq.
“Azercell”in rəhbəri A. Ağan 3G ilə bağlı hansı tezlikdən istifadə etdiklərini açıqlamayıb: “Biz bu problemi artıq həll etmişik. Belə bir şad gündən bu məsələlərdən danışmaq istəmirik. Əsas məsələ odur ki, problem həll olunub”.
Nigar
Son xəbərlər
Son Xəbərlər