“Qafqazinfo” xəbər verir ki, hadisə şahidlərinin ans press-ə verdiyi məlumata görə, qəza saat 17 radələrində “Koroğlu” metro stansiyasından “Qara Qarayev” stansiyasına gedən istiqamətdə, körpünün üstündə baş verib.
Körpünün üstündə betonqarışdıran maşın hərəkətdə olarkən arxada sərnişin avtobusu sürətlə gələrək həmin maşına çırpılıb. Qəza nəticəsində avtobusun qabağı dağılıb.
Hadisə zamanı xəsarət alanlar barədə isə məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər
