Bakıda avtomobil iki qadını vurdu, biri öldü

bakida-avtomobil-iki-qadini-vurdu-biri-oldu
Oxunma sayı: 3053

Ötən gün Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qala-Pirallahı yolunda Səmədov Elçin Eldar oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Əhmədova Rəqsanə Ələsgər qızı və Zamanova Tərgül Qəşəm qızını vurub.

Rəqsanə Əhmədova hər iki ayağın sınığı, Tərgül Zamanova isə başın əzilmiş yarası xəsarəti ilə Xəzər Tibb Mərkəzinə aparılıb. Tərgül Zamanova aldığı xəsarətlərdən reanimasiya şöbəsində vəfat edib.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.