“Biz beləyik” deyib karantin postundan yoxlanılmadan keçdilər - Video

biz-beleyik-deyib-karantin-postundan-yoxlanilmadan-kecdiler
Oxunma sayı: 11911

Sosial şəbəkələrdə yayılan daha bir video müzakirələrə səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, maşında əyləşən xanımların karantin rejimi ilə əlaqədar qurulan postdan yoxlanış olmadan keçmələrini lentə alması və bunu fəxrlə təqdim etmələri birmənalı qarşılanmayıb.

Maşında əyləşən qadınlardan birinin "İranə bizə dedi ki, problem yaranmayacaq. Biz beləyik, SMS-icazə götürməmiş postdan keçirik" deməsi sosial şəbəkədə etirazla qarşılanıb.