Bu da YAP-ın 700 mininci üzvü - Foto

bu-da-yap-in-700-mininci-uzvu
Oxunma sayı: 4367

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) 700 000-ci üzvünə - YAP-ın Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Məmmədova Xatın Fərhad qızına partiya vəsiqəsi təqdim edilib.

Trend-in məlumatına görə, vəsiqənin təqdim edilməsi mərasimində çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bu əlamətdar günün Heydər Əliyevin doğum günü ilə təxminən eyni vaxta düşdüyünü xatırladıb.

Heydər Əliyevin doğum günü ilə əlaqədar bir çox tədbirlərin keçirildiyini deyən Ə.Əhmədov bildirib ki, 700 mininci vəsiqənin verilməsi partiyanın sıralarının getdikcə genişləndiyini göstərir: "Bu, Prezident İlham Əliyevin siyasətinə ehtiramın nəticəsidir. Bu gün Prezident İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olduğu məlumdur".