Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Filoloqun kitabxansı - 100” adlandırılan dünya filologiyasının tərcümə seriyasında ilk dəfə olaraq M.M.Baxtin (“Dostoyevski poetikası”), N.Xomski (“Dil və təfəkkür”), E.Koseriu (“Ümumi dilçliyə giriş”), E.Y.Qolosovker (“Mifin məntiqi”), N.A.Kun (“Qədim Yunanıstanın mif və əfsanələri”), Jelü Jelev (“Faşizm”) və s. kimi görkəmli filoloqların elmi əsərlərinin dilimizə tərcüməsi həyata keçirildi. “Dünya nəsri” bədii ədəbiyyatının tərcümə seriyasında Azərbaycan dilinə Yuri Polyakovun ədəbi aləmdə səs salmış “Süddə çəpiş” romanı, həmçinin məşhur yazıçı Boris Yevseyevin bir sıra hekayələri tərcümə olunub.
Akademik K.M.Abdullayevin laboratoriya kollektivinin qarşısında qoyduğu mühüm vəzifələrdən biri olan “Azərbaycan Tərcümə Ensiklopediyası” üzərində iş artıq tamamlanıb.
Ensiklopediyada XIX əsrin I yarısından başlayaraq Azərbaycan dilinə və Azərbaycancadan başqa dillərə tərcümənin tarixi və həmçinin, təxminən XX əsrin ortalarından etibarən vüsət alan tərcüməçilik ənənələri haqqında bilgilər xüsusi yer tutur.
Son xəbərlər
Son Xəbərlər