Cəlilabadda yanğın törədən kişi məsuliyyətə cəlb olundu

celilabadda-yangin-toreden-kisi-mesuliyyete-celb-olundu
Oxunma sayı: 739

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.