Danimarkada qatar relsdən çıxdı - Ölən və yaralananlar var

danimarkada-qatar-relsden-cixdi
Oxunma sayı: 827

Danimarkanın Tinglev və Kliplev şəhərləri arasında sərnişin qatarı relsdən çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, polis qəza nəticəsində bir nəfərin öldüyünü və xeyli sayda adamın yaralandığını bildirib.

Məlumata görə, əraziyə Almaniyadan təcili yardım gəlib, axtarış-xilasetmə işlərində itlər və dronlar iştirak edir.

Hadisə yerindən paylaşılan görüntülərdə qəzaya bir neçə avtomobilin qarışdığı görünür.