Rusiya ordusu Donetsk vilayətinin Konstantinovka şəhərində yerləşən bazarı “Smerç” raket sistemi ilə atəşə tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Donetsk Prokurorluğu məlumat yayıb.
Hücum nəticəsində 3 mülki şəxs həlak olub, azı 4 nəfər yaralanıb. Hadisə zamanı 15 ticarət pavilyonu, 8 fərdi ev, 6 çoxmərtəbəli bina, bir mağaza, 2 avtomobil və elektrik xətti zədələnib.
Bazarın qəsdən nişan alındığı, mülki şəxslərin hədəf seçildiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər