Əfsanəvi Corc Forman öldü

efsanevi-corc-forman-oldu
Oxunma sayı: 2425

Amerikalı boks əfsanəsi Corc Forman 76 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, Corc Forman ötən gün ABŞ-nin Hyuston şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Corc Forman 1994-cü ildə 45 yaşında Maykl Mureri məğlub edərək ən yaşlı ağırçəkili çempion adını qazanıb. 1968-ci ildə isə Meksikada keçirilən Yay Olimpiya Oyunlarında qızıl medala yiyələnib.

Corc Forman 1974-cü ildə əfsanəvi Məhəmməd Əli ilə qarşılaşıb və həmin döyüşdə karyerasının ilk məğlubiyyətini yaşayıb.