Ər keçmiş arvadını küçədə öldürdü - Gəncədə dəhşət

er-kecmis-arvadini-kucede-oldurdu-
Oxunma sayı: 7032

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhər sakini, Samirə Həsənova bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Qafqazinfo”nun Kəpəz TV-yə istinadən məlumatına görə, 23 yaşlı qadının keçmiş əri tərəfindən bıçaqlandığı məlum olub. Belə ki, 28 yaşlı Rövşən Ələsgərov eks-arvadını 31 saylı orta məktəbin yaxınlığında bıçaqlayıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Onların 2 azyaşlı oğlu var imiş.

Rövşən Ələsgərov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.