Ərdoğanın qızının toy dəvətnaməsi - Foto

erdoganin-qizinin-toy-devetnamesi
Oxunma sayı: 7394

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan mayın 14-də Pilotsuz Uçan Aparat istehsal edən şirkətin texniki direktoru Səlçuq Bayraqdarla ailə qurmağa hazırlaşır.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, cütlüyün dəvətnaməsi artıq mətbuatda yayılıb.

Dəvətnamədə isə bu ifadələrə yer verilib: “Övladlarımız Süməyya və Səlçuqun nigah mərasimində sizi də görməkdən xoşbəxt olarıq. Əminə və R. T. Ərdoğan – Canan və Özdəmir Bayraqdar”.

Qeyd edək ki, bir müddət öncə Süməyya Ərdoğanın internetdə haqqında çıxan xəbərləri sildirdiyi barədə məlumat yayılıb.

“Oda TV”nin məlumatına görə, gənc qız Karaköydə “Cleen Sheet” adlı hüquq şirkəti ilə razılaşaraq keçmişdə şəxsi həyatıyla bağlı çıxan xəbərləri arxivlərdən sildirməyə çalışır. Bununla bağlı mətbu orqanlarla əlaqə saxlayan şirkət ““Cleen Sheet” olaraq Süməyya Ərdoğana onlayn etibar mövzusunda xidmət edirik” ifadələriylə özünü tanıdır.

Şirkət S. Ərdoğanın şəxsi həyatı ilə bağlı xəbərlər yayan portallarla əlaqə yaradaraq həmin xəbərləri silməyi xahiş edir. Şirkətin hüquq departamenti xəbərlər silinmədiyi təqdirdə dava açır.