Erməni Mukuçyandan daha bir - Mədəniyyətsiz hərəkət

ermeni-mukucyandan-daha-bir-
Oxunma sayı: 7634

Ermənistanın “Eurovision - 2016” təmsilçisi İveta Mukuçyan İsveçdə yaşayan ermənilərlə görüşüb.

Qafqazinfo” xəbər verir ki, Ermənistan nümayəndə heyəti görüş zamanı qondarma “Dağlıq Qarabağ”ın bayrağı ilə şəkil çəkdirib.

Müğənni İ.Mukuçyan isə sözügedən fotonu sosial şəbəkədə paylaşıb.

Xatırladaq ki, erməni təmsilçi “Eurovision” mahnı yarışmasını siyasi məqsədləri üçün istifadə edir. O, promo-turları zamanı Azərbaycan əleyhinə fikirlər səsləndirir, instaqramda Ermənistan xeyrinə paylaşımlar edir.

Qeyd edək ki, Avropa Yayımlar Birliyi (EBU) qondarma bayrağı Globe Arena-ya gətirilməsi qadağan edib.