Erməni qondarma “DQR”in bayrağını qaldırdı - “Eurovision”da təxribat+Foto

ermeni-qondarma-dqrin-bayragini-qaldirdi-
Oxunma sayı: 9368

İşğalçı Ermənistan tərəfi növbəti dəfə təxribata əl atıb.

Qafqazinfo” xəbər verir ki, düşmən bu dəfə öz absurd iddiasını “Eurovision” beynəlxalq mahnı yarışmasında göstərib. Belə ki, erməni təmsilçi İveta Mukuçyan tanınmamış Qondarma Dağlıq Qarabağın “bayrağ”ını əlində tutaraq yelləyib.

O bu hərəkəti səsvermədə “green room”a bağlantı zamanı, kameraya nümayişkaranə şəkildə edib.

Qeyd edək ki, Avropa Yayım Birliyi belə bir addım atacağı təqdirdə Ermənistanın yarışmadan kənarlaşdırılacağını qeyd etmişdi.

Hal-hazırda bu mövzu Azərbaycanda ciddi müzakirələrə səbəb olub. İctimai Televiziyanın məsələyə reaksiyası gözlənilir.