Ermənistandan daha bir həyasızlıq - Türkcə oxuduğu üçün..

ermenistandan-daha-bir-heyasizliq
Oxunma sayı: 6999

Xəbər verdiyimiz kimi, ötən gecə “Eurovision – 2016” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub.

Qafqazinfo” xəbər verir ki, müsabiqənin yayımı zaman Ermənistan yeni bir qalmaqala imza atıb.

Ölkənin ictimai televiziyası (Hayastan 1 TV) Ukrayna təmsilçisi Jamalanın çıxışında türk sözlərindən istifadə etdiyinə görə yayımı kəsib.

“1944” adlı mahnı əvvəlcə yayımlanmağa başlayıb, nəqarət hissəsindən etibarən yayım dayandırılıb.

Bu barədə “Eurovision Turkey” səhifəsi məlumat yayıb. Səhifədə Hayastan 1 TV yayımını Norveç iştirakçısı Agnete-nin səhnəyə çıxışı zamanı bərpa etdiyi qeyd edilib.

Xatırladaq ki, Hayastan 1 TV “Eurovision” tarixində bir neçə dəfə belə addım atmış, müsabiqədə türk dilində çıxışların yayımını dayandırmışdı. Avropa Yayım Birliyi (EBU) bu səbəbdən ölkənin “Eurovision” üzrə nümayəndə heyətini xəbərdarlıq etmiş, cərimələr tətbiq etmişdi.

Qeyd edək ki, Jamalanın atası Krım türkü, anası isə ermənidir.