“Eurovision”un ən zövqsüzləri... - Səmra 10-cu oldu

eurovisionun-en-zovqsuzleri-
Oxunma sayı: 7685

“Eurovision” mahnı müsabiqəsindən sonra ənənəvi olaraq keçirilən “Barbara Dex Award - 2016”nın nəticələri məlum olub.

Qafqazinfo” xəbər verir ki, “Eurovision”da ən zövqsüz geyinən təmsilçilərin adları bəlli olub.

Birinci sırada Xorvatiya təmsilçisi Nina Kraljic olub (770 səs).

İkinci sırada isə Almaniya təmsilçisi Jamie Lee öz yerini tutub ( 335 səs).

201 səslə üçüncü yerdə İsveçrə təmsilçisi Rykka olub.

Dördüncü sırada isə Bolqarıstan təmsilçisi Poli Genova qərarlaşıb ( 140 səs).

5-ci sırada isə Bosniya və Herseqovina təmsilçiləri Dalal & Deen və Ana Rucner & Jala olub, onlar 127 səs toplayıblar.

Azərbaycan təmsilçisi Səmra Rəhimli isə 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, “Barbara Dex Award" 1993-cü ildə etibarən keçiriləməyə başlayıb. "Eurovision" fanları onlayn səsvermə zamanı ən zövqsüz ifaçıları müəyyənləşdirir.