“EVRO INŞAAT MMC” Palitro Boyaları şirkəti Prezidentin çağırışına qoşuldu

evro-insaat-mmc-palitro-boyalari-sirketi-prezidentin-cagirisina-qosuldu
Oxunma sayı: 2219

 “EVRO İNŞAAT MMC” Palitro Boyaları şirkəti ölkəmizdə koronavirus pandemiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlərin gücləndirilməsi və həmrəylik göstərməsi barədə dövlət başçısının çağırışına dəstək olaraq bundan sonra da üzərinə düşən sosial məsuliyyəti yerinə yetirməyə hazırdır və eyni zamanda koronavirusla mübarizə çərçivəsində Operativ Qərərgahın tövsiyyələrinə tam riayət edir. 

"Qafqazinfo" xəbər verir ki, “EVRO İNŞAAT MMC” Palitro Boyaları  şirkəti Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli fərmanı ilə xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım məqsədi ilə vəsait ianə etmişdir.

“EVRO İNŞAAT MMC” Palitro Boyaları şirkəti koronavirus infeksiyası (“COVID-19”) ilə mübarizədə hökumət və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir və pandemiya ilə mübarizədə birlik göstərməyə çağırır.