Eyni gündə hər 2 SMS kodundan istifadə edilə bilər

eyni-gunde-her-2-sms-kodundan-istifade-edile-biler
Oxunma sayı: 8881

“Gün ərzində 1 rəqəmindən istifadə edən şəxs həmin gün 2 rəqəmindən də istifadə edə bilər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.

O bildirib ki, vətəndaşlar bundan sui-istifadə etməməlidirlər: “Bu sistemin arxasında analitik təhlil dayanır və qısa müddətdə müəyyən edə bilirik ki, bu şəxs bu xidmətdən sui-istifadə edir. Həmin şəxs barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu gün karantin rejimi sərtləşdirilirsə, bu, bizim  davranışımızdan asılıdır”.

***

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev əlavə edib ki, 1 kodundan istifadədə limit yoxdur: “2 kodundan istifadə isə limitlidir və  vətəndaş gündə bir dəfə istifadə edə bilər: “Gün ərzində vətəndaş hər iki koddan istifadə edə bilər. Ancaq bu sui-istifadə halı yaratmamalıdır. Təhlillər vasitəsilə bu hallar müəyyən olunur və məcbur olacağıq ki, gələcəkdə limitləri azaldaq. Başa düşürük, yay aylarıdır və hamı bayıra çıxmaq istəyir”.

Murad Əhməd