Fatih Terimin Yunanıstanda ilk məğlubiyyəti

fatih-terimin-yunanistanda-ilk-meglubiyyeti
Oxunma sayı: 3879

Yunanıstan Superliqa komandalarından olan “Panatinaikos”la müqavilə imzalayan Fatih Terim yeni komandasında ilk dəfə məğlubiyyətə uğrayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

Bildirilib ki, “Panatinaikos” Yunanıstan kubokunun 1/4 final matçında “Atromitos”u qəbul edib.

Matç “Panatinaikos”un 2:1 hesablı məğlubiyyətilə başa çatıb. Beləliklə, komanda turnirlə vidalaşıb.

Qeyd edək ki, Fatih Terim Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçisi olub. O, ötən ilin dekabrında Yunanıstanın “Panatinaikos” klubu ilə 1,5 illik sözləşmə imzalayıb.