Gəncədə avtomobil aptekə çırpıldı - Video

gencede-avtomobil-apteke-cirpildi
Oxunma sayı: 1732

Gəncə şəhərində idarəetməni itirən sürücü qəza törədib. 

“Qafqazinfo” xəbər verir ki, “Changan” markalı avtomobil “Hundai” markalı maşınla toqquşub.

Nəticədə “Changan” markalı avtomobilin sürücüsü idarəetməni itirib və aptekə çırpılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

***

Qəza nəticəsində biri azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Onlardan üçü eyni avtomobildə olub.

Yunis Quliyev