Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq - Video

hefte-sonlari-kuceye-cixmaq-qadagan-olunacaq
Oxunma sayı: 21167

Həftə sonları küçəyə çıxmaq qadağan oluna bilər. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu günlərdə Fəvvarələr meydanında karantinin pozulmasına göstərilən cəhd, metroda ilk gündən həkimlərlə birgə çiyin-çiyinə mübarizə aparan polisə müqavimət göstərmək bizim tərəfimizdən qətiyyən qəbul olunmur: "Bunların nəticəsidir ki, bu gün karantin xəstəxanalarımızın üzərinə böyük yük düşür. Sumqayıt şəhərində bir xəstəxana da koronavirusdan mübarizə üçün ayrılıb. Məcburiyyətdən digər xəstəxanalarımızı da pandemiya ilə mübarizəyə ayırırıq. Bu da digər sahələrdə problemlər üzə çıxara bilər. Düzdür, hazırda bütün bunları nəzərə almışıq. 

Virusa yoluxmanın artması bizi məcbur etdi ki, Operativ Qərargaha müraciət edək. Artıq yoluxanlarla sağalanların arasındakı fərq 200-ü keçib. Bu alqoritm həftə sonları məhdudlaşdırmanı gündəmə gətirib. Bizim bu barədə müraciətimiz dəyərləndirilib. Cümə günü axşamdan etibarən bazar ertəsi səhərədək tam küçəyə çıxmaq qadağan olunması ilə bağlı təkliflərimiz hazırdır. Birinci klastra Bakı, Sumqayıt, Gəncə, Abşeron rayonu və Lənkəran şəhərləridir. Bakı şəhər başda olmaqla bu şəhərlərdə və rayonda yoluxmanın intensivliyi yüksəkdir. Bu həftəsonu, ola bilsin ki, irəlidəki 1-2 ay ərzində bütün həftə sonları, hətta həftə sonları bayrama yaxın günlərdə olacaqsa, bəlkə 3-cü gün də əlavə etməklə 2 və ya 3 günlük tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunması ilə bağlıdır.

Ola bilsin irəlidəki aylarda hər həftə sonu bayramlar da daxil olmaqda küçəyə çıxmaq tam qadağan olunsun. Operativ Qərargahda bizim təkliflərimizlə bağlı qərar qəbul olunub. Sabah detallar açıqlanacaq". 

Murad Əhməd