İç səsi deşifrə edən beyin çipi yaradıldı

ic-sesi-desifre-eden-beyin-cipi-yaradildi
Oxunma sayı: 1458

ABŞ-nin Stenford Universitetində inkişaf etdirilən yeni beyin–kompüter interfeysi, iflic olmuş insanların düşünərək ünsiyyət qurmasına imkan verə bilər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə texnologiya daxili səsi 74%-ə qədər dəqiqliklə çözə bilir və parolla idarə olunan təhlükəsizlik sistemi ilə işləyir.

Tədqiqat zamanı, ALS və beyin sapı iflici səbəbilə danışa bilməyən 4 iştirakçının beyninin motor korteksinə mikroelektrodlar yerləşdirilib. İştirakçılar bəzi sözləri deməyə cəhd ediblər, daha çox isə düşünüblər. Alimlər bu zaman beyindəki siqnalları süni intellekt vasitəsilə deşifrə edib. 

Sistem 125 min sözlükdən cümlələri tanıya bilir və istənməyən daxili səslərin oxunmasının qarşısını almaq üçün parolla idarə olunan təhlükəsizlik sistemi ilə işləyir. “Chitty chitty bang bang” parolu 98%-dən yüksək dəqiqliklə tanınıb.

Araşdırma müəllifi Frank Villet qeyd edib ki, bu texnologiya gələcəkdə iflicli insanlara “danışmağa yaxın təbii bir ünsiyyət imkanı” verə bilər.